Kontenin "Neftçi"yə keçəcəyi təsdiqləndi - Bakıya nə vaxt gəlir?

Kontenin "Neftçi"yə keçəcəyi təsdiqləndi - Bakıya nə vaxt gəlir?

Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte “Neftçi”yə keçəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, bunu “Dsport” nəşrinə açıqlamasında Plovdiv təmsilçisinin icraçı direktoru Pavel Kolev  deyib.

Kolev artıq tərəflərin razılığa gəldiyini və Syerra Leone millisinin üzvünün Bakı təmsilçisinin formasını geyinəcəyini vurğulayıb. O, 23 yaşlı oyunçunun paytaxt klubu ilə münasibətləri rəsmiləşdirmək üçün bu həftə Bakıya uçacağını bildirib.

Qeyd edək ki, ötən ilin yayında “Lokomotiv”ə qoşulan Alfa bu komandanın heyətində 13 oyuna çıxaraq 3 qol müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər