Konqo millisinin üzvü Azərbaycan klubunda

Konqo millisinin üzvü Azərbaycan klubunda
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az futbolpress.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidini transfer edib. 26 yaşlı oyunçuçu artıq bir neçə gündü Bakıdadı. O hətta "Keşlə" ilə Premyer Liqa matçını da stadiondan izləyib. Yaxın zamanda transfer rəsmən açıqlanacaq.
Mabidi son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien"in də formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər