Könül Mehdiyeva Portuqaliyada

Könül Mehdiyeva Portuqaliyada

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq təyinat alıb. 

Fanat.Az xəbər verir ki, qurum rəsmisi 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq. 

O, oktyabrın 5-dən 11-dək Portuqaliyada keçiriləcək oyunlarda iş başında olacaq. Bu qrupda Norveç, Belçika, Portuqaliya və Malta milli komandalar mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər