Klub sahibi "İnter" - "Qəbələ" oyununu 20 minlik iti ilə izləyib

Klub sahibi "İnter" - "Qəbələ" oyununu 20 minlik iti ilə izləyib
Futbol üzrə ölkə çempionatının bir tur öncə keçirilən "İnter" - "Qəbələ" oyununu Azərbaycan Beynəlxaq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov da izləyib.
Ölkə.az-a daxil olan məlumata görə, bankir matça 20 min ABŞ dolları olan iti ilə VİP otaqdan baxıb. Otaqda onunla yanaşı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də olub.
Xatırladaq ki, həmin oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, Elmar Məmmədov “Azərsığorta” dövlət şirkətinin rəhbəri, ölkəmizdə "Sığorta Mamed" kimi məşhur olan Məmməd Məmmədovun oğludur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər