Mövsümün sonunda "Liverpul"un baş məşqçi postunu tərk edəcək Yürgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın "qırmızılar"ın sıralarında qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist Ceyms Pirs şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Bu, artıq mənim müzakirə edəcəyim mövzu deyil. Qərarı başqaları, ilk növbədə Mo özü verməlidir".
Xatırladaq ki, Salah 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 41 matça çıxan misirli ulduz 24 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat