Klopp planlarını açıqladı: "Liverpul"dan gedəcək

Klopp planlarını açıqladı: "Liverpul"dan gedəcək
"Liverpul"un baş məşqçisi Yürgen Klopp klubu ilə müqaviləni yeniləməyi düşünmür. 
Fanat.Az xəbər verir ki, bu barədə alman mütəxəssis "Sky Sports"a açıqlamasında deyib. 
O, "1 illik fasilə verib səyahət etməyi planlaşdırıram. Bir neçə həftə Meksikada zaman keçirmək istəyirəm. Almaniya da bir neçə həftə qalacağam və həmin müddətdə ola bilsin hansısa klub və ya milli komandanı çalışdırım. Hətta ola bilər ki, heç bir iş görmərəm", - deyə bildirib. 
Qeyd edək ki, Yürgen Kloppun "Liverpul"la müqaviləsi 2024-cü ildə başa çatacaq. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər