Klopp "Aston Villa" üzərində darmadağını dəyərləndirdi

Klopp "Aston Villa" üzərində darmadağını dəyərləndirdi

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 4-cü turunda "Aston Villa" üzərində qazandıqları qələbəni (3:0) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, BBC alman mütəxəssisin dediklərini belə çatdırıb:

"Şübhəsiz, erkən qol bizə kömək etdi. Biz bunun üzərində məşqlərdə işləmişdik. Soboslai rəqiblər üçün necə təhlükəli oyunçu olduğunu göstərdi. Erkən qol olmasaydı? Biz bunu heç vaxt bilməyəcəyik. Amma ümumilikdə oyunumuz yaxşı alındı.

"Aston Villa"ya və həmkarım Unai Emeriyə hörmətim böyükdür. Onlara qarşı çoxlarına asan olmayacaq. Ancaq bu qarşılaşmada biz çox güclüydük. Çox şeyə qadir olduğumuzu anlamaq vacibdir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər