KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, “Qarabağ” da bu gün sözügedən turnirdə matça çıxıb.

Avropa Liqası ilə vidalaşaraq mübarizəni Konfrans Liqasında davam etdirən Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Ukrayna təmsilçisi ilə Polşada baş tutan matçda "köhlən atlar" minimal hesablı məğlubiyyətə uğrayıb.

Tərəflər gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsi, ilk oyun 6 avqust

Dinamo (Kiyev) – Qarabağ 1:0 

Qol: M.Ponomarenko, 10.

Qırmızı vərəqə: Cebrail Makretskis, 90+2. Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skitte, Yakob Kelet (hamısı Danimarka). Polşa. “Motor Lyublin Arena”.

"Dinamo": 71 Surkis, 5 Sych, 94 Kedziora, 32 Mıxavko, 44 Dubinçak (k), 6 Brajko, 15 Rubçinski, 39 Gerrero, 21 Lonveyk, 70 Reduşko, 11 Ponomarenko

Ehtiyat oyunçular: 35 Neşçeret, 43 Olxovıy, 7 Yarmolenko, 8 Pıxalyonok, 9 Voloşın, 10 Şaparenko, 18 Tımçik, 22 Kabayev, 29 Buyalski, 40 Bilovar, 66 Tiare, 99 Mounqenqe

“Qarabağ”: 99 Mateuş Koxalski, 44 Elvin Cəfərquliyev, 4 Bense Varkonyi, 2 Mateus Silva, 25 Cebrail Makretskis, 8 Marko Yankoviç, 35 Pedro Bikalyo, 29 Renaldo Sefas, 10 Abdullah Zubir (k), 7 Jali Muaddib, 21 Aleksey Kaşuk

Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 23 Martin Zlomisliç, 5 Bruno Lanqa, 9 Joni Montiel, 13 Bəhlul Mustafazadə, 20 Kadi Borges, 22 Musa Qurbanlı, 32 Hikmət Cəbrayılzadə, 49 Əli Bəşirov, 55 Bədavi Hüseynov, 88 Samuel Lobato

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər