Kipyeqon dünya rekordunu yenilədi

Kipyeqon dünya rekordunu yenilədi

Yüngül atlet Feyt Kipyeqon 1500 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, keniyalı idmançı bunu ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən "Brilyant Liqa"da reallaşdırıb.

O, 3 dəqiqə 48,58 saniyə nəticə göstərərək rekorda imza atıb. Əvvəlki rekord da Kipyeqona məxsus idi, o, 2024-cü ildə Parisdə keçirilən Olimpiadada bu məsafəni 3 dəqiqə 49,04 saniyəyə qaçmışdı.

Qeyd edək ki, 31 yaşlı idmançı 1500 metr məsafəyə qaçış üçzə üçqat olimpiya və dünya çempionudur. O, həmçinin 5000 m məsafəyə qaçışda dünya çempionatının qızıl medalını (2023) qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər