"Sumqayıt" "Keşlə"ni məğlub etdi

"Sumqayıt" "Keşlə"ni məğlub etdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun son oyunu keçirilib
Fanat.Az xəbər verir ki, "ASK Arena"da "Keşlə" və "Sumqayıt" komandaları qarşılaşıblar. Görüş "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Nəhayət 4 oyunluq seriyadan sonra "gənclik şəhəri" təmsilçisi "Keşlə"ni yenərək tilsimi qırıb. 
 
Bu komandalar indiyədək 33 dəfə üz-üzə gəliblər. Oyunların yarısında "Keşlə" qalib gəlib. "Sumqayıt" 8 qələbə qazandığı halda, 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt komandası öndədir - 49:32.
 
Qeyd edək ki, turun ilk 3 oyununda evdə "Zirə" Qəbələ"ni 2:0, səfərdə "Neftçi" "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Premyer Liqa
2020/21 mövsümü
II dövrə, XIV tur
22 yanvar
Keşlə - Sumqayıt 0:1
Qol: Tellur Mütəllimov, 3.
Qırmızı vərəqə: Elçin Mustafayev, 38.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 22. Elçin Mustafayev, 4. Şəhriyar Əliyev (k) 25. Con Kamara, 7. Rəhman Hacıyev, 21. Miyusko Boyovi, 17. Vüsal İsgəndərli, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara,  9. Anatole Abanq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov,  22. Cavid İmamverdiyev,4. Höccət Haqverdi,  9. Əli Qurbani, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"ASK Arena".
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

14

8

3

3

18:15

27

2

Qarabağ

13

7

5

1

33:11

26

3

Zirə

14

6

5

3

18:14

23

4

Sumqayıt

14

5

4

5

17:20

19

5

Qəbələ

14

3

6

5

13:22

15

6

Səbail

13

3

4

6

15:19

13

7

Keşlə

14

3

4

7

13:21

13

8

Sabah

14

4

1

9

14:19

13

Bombardirlər

Namiq Ələsgərov (Neftçi), Mahir Emreli (Qarabağ) - 8. Filip Ozobiç (Qarabağ) - 7. Əli Qurbani (Sumqayıt) - 6. Ağabala Ramazanov (Zirə), Kvabena Ovusu (Qarabağ), Davit Volkov (Zirə) - 5. Rauf Əliyev (Səbail), Donald Gerye (Qarabağ) - 4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər