"Keşlə" - "Səbail" matçında "OYUNDANKƏNAR"a düşənlər

"Keşlə" - "Səbail" matçında "OYUNDANKƏNAR"a düşənlər

Azərbaycan Premyer Liqasının XIII turunda "Keşlə" "Səbail"i qonaq edib.

Fanat.Az 2:2 hesabı ilə başa matçda baş verən məqamları diqqətinizə çatdırır.

Oyun "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişmiş hərbçilərin xatirəsi anılıb.

"Keşlə"nin ikinci qolunun müəllifi  Anatole Abanq görüşdə iki dəfə kobudluğa yol verdi. 61-ci dəqiqədə ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırıldı. Kamerunlu futbolçu meydanı tərk edən zaman doğma dilində uca səslə öz narazılığını ifadə etdi. 

Oyunun 75-ci dəqiqəsində etdiyi kobudluğa görə "Keşlə"nin  yarımmüdafiəçisi Bankole Kamaraya da xəbərdarlıq olundu. Görüşü idarə edən baş hakim Rauf Cabbarov cibindən səhvən qırmızı vərəqə çıxartdı. Lakin vərəqəni dərhal dəyişərək futboçuya "sarı" göstərdi.

87-ci dəqiqədə "Keşlə"nin uğursuz hücum cəhdi nəticəsində top meydandan xeyli uzağa düşdü. Bundan istifadə edən azarkeşlərdən biri topu götürüb qaçaraq uzaqlaşmaq istədi. Lakin onun arxası ilə yollanan topdaşıyanlar topu geri qaytardı.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər