"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşdi: Sabah komandanın oyununu izləyəcək

"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşdi: Sabah komandanın oyununu izləyəcək

Misli Premyer Liqasının ilk 4 turundakı məğlubiyyətin ardından Yaşar Vahabzadəni istefaya göndərən “Kəpəz”in yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, Gəncə təmsilçisi növbəti dəfə Şahin Diniyevə tapşırılacaq.

Əldə etdiyimiz informasiyaya görə, Diniyev onunla əlaqə saxlayan rəhbərliyə şərtlərini deyib. Təcrübəli mütəxəssisin sentyabrın 2-də razılaşmaya imza atacağı bildirilir. O, "Qarabağ"la ayın 1-də Qəbələdə baş tutacaq görüşü tribunadan izləməyi planlaşdırır. 

Qeyd edək ki, Şahin Diniyev 2004-2005 və 2015-2017-ci illərdə “Kəpəz”i çalışdırıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər