Bir vaxtlar "Qalatasaray"ın qapısını qoruyan Fərid Mandraqon tarixə düşməyə hazırlaşır. Fanat.az xəbər verir ki, gələn il Braziliyada keçirilək Dünya çempionatına qatılmağa hazırlaşan 42 yaşlı kolumbiyalı turnir tarixində "ən yaşlı futbolçu" adını qazanacaq.
Kolumbiya mətbuatı Mondraqonun 42 il 11 aylığında DÇ-2014-də iştirak edəcəyini yazıb. Bu göstərici isə hələlik ABŞ-da keçirilən DÇ-1994-də iştirak edən 42 yaşlı kamerunlu Roqer Millaya məxsusdu.
Qeyd edək ki, Mondraqon hazırda Kolumbiyanın "Deportivo Kali" klubunun qapısını qoruyur.