"Qalatasaray"ın əfsanə futbolçularından olan Georgi Hacı TRT 1 kanalının "Stadyum" verilişinə iddialı açıqlamalar verib. Fanat.az xəbər verir ki, Fatih Terim,Droqba Sneyderdən danışan Hacı ilk öncə Türkiyəyə qayıtmağa hazır olduğunu söyləyib:
"Türkiyə hər zaman ürəyimdədi. Ora mənim ikinci vətənimdi. Türkiyədə böyük həvəslə, ürəklə işləməyə hazıram. Çünki ən gözəl illərimi İstanbulda keçirdim. Əgər bir gün "Qalatasaray"da işləsəm, hazırkı oyundan daha yaxşısını göstərmək üçün əlimdən gələni edərəm. Rumıniyada özümü sübut etdim. Ən yaxşı səviyyəyə necə yüksəlmək olar bilirəm".
Rumıniyalı mütəxəssis Fatih Terimin ikili məşqçliyini də münasibət bildirib: "Terimin milli komanda ilə neçə illik müqavilə bağladığını bilmirəm. İki komandanı idarə etmək asan iş deyil. Əgər sadəcə DÇ-2014 üçün yığmanın baş məşqçisi olacaqsa, ondan başqa layiqli namizəd yoxdu. Bildiyim qədər "Qalatasaray"la müqavilə müddətini 2016-cı ilə qədər artırıb. Bu seçimi özü etdi".
Daha sonra İstanbul təmsilçisinin keçmiş "10 nömrə"si bunları dilə gətirib: "Qalatasaray"da 10 nömrəli oyunçular fərqli xüsusiyyətlərə malikdi. Elə bir vaxt gələcək ki, onlar mənim göstəricilərimi də geridə qoyacaq bir futbolçu tapmağa məcbur olacaq. Hədəf yalnız bu olmalıdı. Sneyder mənə görə mükəmməl bir oyunçudu. Gözəl karyerası var. Droqbaya gəldikdə, o peşəkarlıq baxımından mükəmməl bir futbolçudu. Bildiyim qədər paltardəyişmə otağında komandanı da bir arada saxlaya bilir. Yaşı neçə olur olsun, "Qalatasaray" üçün çox dəyərlidi. İnşallah daha çox qol vurar və məni sevindirər".
Fanat.az