Kavaninin yeni klubu sabah rəsmən açıqlanacaq - İDDİA

Kavaninin yeni klubu sabah rəsmən açıqlanacaq - İDDİA

Mançester Yunayted"in sabiq hücumçusu Edinson Kavaninin keçəcəyi klub bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Conatan Pinasko sosial şəbəkə hesabı üzərindən yayıb.

Uruqvay millisinin təcrübəli forvardının Argentina təmsilçisi "Boka Xuniors"un sıralarına qoşulacağı vurğulanıb. Xəbərə görə, tərəflər artıq razılığa gəlib və bu barədə ictimaiyyət sabah məlumatlandırılacaq.

Qeyd edək ki, Kavani ötən mövsüm MY forması ilə ümumilikdə 19 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Qırmızı şeytanlar"la müqaviləsinin müddəti başa çatan təcrübəli futbolçu bu yay İngiltərə komandasından gedib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər