Karrager "Liverpul"un hansı oyunçunu almalı olduğunu dedi

Karrager "Liverpul"un hansı oyunçunu almalı olduğunu dedi

"Liverpul"un sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager "qırmızılar"ın hansı futbolçunu transfer etməli olduqlarını deyib.

Fanat.Az xəbər verir ki, "Goal" onun sözlərini belə çatdırıb:

"Nyukasl"ın maliyyə feyr-pleyi ilə bağlı problemləri varsa, "Liverpul" Entoni Qordonun transferi barədə düşünməlidi. O, əsl böyük oyunçu ola, yeni səviyyəyəçata bilər".

Xatırladaq ki, Qordonun "Nyukasl"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. O, ötən mövsüm bütün turnirlərdə 49 matça çıxaraq 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər