Kanalesin ayağı açıldı, "Neftçi" 4 qol vurdu

Kanalesin ayağı açıldı, "Neftçi" 4 qol vurdu
Premyer Liqada yaranan fasilədən yararlanan "Neftçi" iki yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, "ağ-qaralar" bu gün ilk matça çıxıb.
Rəqib I divizion təmsilçisi "Qaradağ Lökbatan" olub. Qarşılaşma "Neftçi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 3-cü dəqiqədə hesabı açan Ruslan Qurbanov 17 dəqiqə sonra dubl edib. 43-cü dəqiqədə Asəm Əsgərov fərqi azaldıb. Bir dəqiqə sonra Nikolas Kanales, 60-cı dəqiqədə Ruslan Qurbanov penaltidən yararlana bilməyib. Əvəzində Kanales 90 və 90+1-ci dəqiqələrdə iki qol vurub. Çilili forvard "Neftçi"yə ikinci qayıdışından sonra ilk dəfə fərqlənib.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın 6 oyununda 10 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qaradağ Lökbatan" isə I divizionun 5 matçında aktivinə 13 xal yaza bilib. Komanda top fərqində geri qaldığı "Neftçala"dan sonra turnir cədvəlinin 2-ci pilləsini tutur.
Yoxlama oyunu
6 oktyabr
Neftçi - Qaradağ Lökbatan 4:1
Qollar: Ruslan Qurbanov, 3; 20. Nikolas Kanales, 90; 90+1 - Asəm Əsgərov, 44.
İstifadə olunmayan penaltilər: Nikolas Kanales, 43. Ruslan Qurbanov, 60.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər