Xəbər verdiyimiz kimi Nikolas Kanales bu gün “Neftçi” ilə məşqlərə başlayıb. Klubun təlim-məşq bazasında baş tutmuş məşqdən öncə hücumçu komanda yoldaşları ilə görüşüb.
Fanat.az xəbər verir ki, Kanales klubun rəsmi saytına açıqlama verib: “Neftçi” mənim üçün doğma klubdu. Burada özümü yeni hesab etmirəm. Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm. “Neftçi”nin heyətində Avropa Liqasının qrup mərhələsində oynamışam. Çempionatda da ən məhsuldar oyunçu olmuşam. Məqsədim odu ki, Avropadakı nailiyyətimizi yenidən təkrarlayaq. Komandanın heyəti də buna imkan verir. “Neftçi”də kifayət qədər güclü futbolçular cəmləşib və inanıram ki, birlikdə biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyik. “Neftçi” azarkeşini çox sevirəm və bilirəm ki, onlar da mənim üçün darıxıb. Çalışacağam ki, vuracağım qollarla onları yenə də sevindirim”.
Fanat.az