“Neftçi”nin sabiq hücumçusu Nikolas Kanalesi geri qaytarmağa hazırlaşdığını və futbolçunun yaxın günlərdə Bakıya gələrək yeni müqaviləyə imza atacağını yazmışdıq. Fanat.az xəbər verir ki, futbolçunun illik qazancı da məlumdu.
Belə ki, cənubi amerikalı “ağ-qaralar”la 300 min dollara razılaşıb. Bu, forvarda bir il üçün ödəniləcək məbləğdi. 2013-cü ilin yayında illik məvacibinin 600 minə qaldırılmasına nail ola bilməyən və Bakı təmsilçisindən gedən legionerin iddiasından əl çəkməsi göz önündədi.
Qeyd edək ki, Kanales 2012/13 mövsümündə "Neftçi"də 48 oyun keçirib və 30 qol vurub. O, həmin mövsüm 26 qolla Premyer Liqanın bombardiri olub. Çilili forvard "Neftçi"dən getdikdən sonra vətənində "Kolo-Kolo" və "Santiaqo Vanderers" klublarının formasını geyinib. Kanales ötən mövsüm meydana çıxdığı 20 rəsmi oyunda cəmi 5 qola imza atıb.
Fanat.az