Kamerunlu qapıçı "İnter"ə azad agent statusuyla keçəcək

Kamerunlu qapıçı "İnter"ə azad agent statusuyla keçəcək

"Ayaks"ın qapıçısı Andre Onana Milan "İnter"inə keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, bunu tanınmış insayder Nikola Skira şəxsi "Twitter" hesabında yazıb.

O, tərəflərin yeni müqavilə ilə bağlı razılığa gəldiyini, qolkiperin 2022-ci ildə azad agent qismində milanlıların sıralarına qoşulacağını vurğulayıb.

Daha öncə kamerunlu əlcək sahibi "Ayaks"ın yeni 4 illik anlaşma təklifini geri çevirmişdi.

Qeyd edək ki, bu ilin fevralında dopinq qalmaqalı üzündən birillik diskvalifikasiya edilən Onana apellyasiyadan sonra bu müddəti 9 aya endirməyə nail olmuşdu. Xanımına aid olan dərmanı bilmədən içdiyini sübuta yetirən qapıçının sentyabrdan məşqlərə qatılmasına da icazə verilmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər