Kadi "Sumqayıt"la oyunu buraxacaq

Kadi "Sumqayıt"la oyunu buraxacaq

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan “Olimpiakos”la matçda zədələnən Kadi Borges tibbi müayinədən keçib. 

Fanat.Az xəbər verir ki, onun ayaq əzələsində problem aşkarlanıb.    Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.   Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunun "Sumqayıt"la sabahkı matçını buraxacaq. Amma onun Avropa Liqasında “Nant”la (Fransa) səfər görüşündə iştirak edəcəyi gözlənilir.   “Nant” – “Qarabağ” matçı oktyabrın 27-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər