İtaliya nəhəngi "Fənərbağça"nın istədiyi argentinalıya müştəri çıxdı

İtaliya nəhəngi "Fənərbağça"nın istədiyi argentinalıya müştəri çıxdı

Hüquqları "Boka Xuniors"a məxsus olan argentinalı yarımmüdafiəçi Kristian Medina İtaliya çempionatına yollana bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

Xəbərə görə, "İnter" 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. "Neradzurrilər" futbolçu uğrunda Türkiyənin "Fənərbağça" və Portuqaliyanın "Portu" klubu ilə mübarizə aparacaq.

Medinanın "Boka Xuniors"la müqaviləsinin müddəti 2027-ci ilin sonuna qədərdir. Futbolçunun transfer dəyəri 13 milyon avro olaraq qiymətləndirilir. Kristian Mediana bu mövsüm 30 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər