İtaliya 12 ildən sonra Avropa çempionu oldu

İtaliya 12 ildən sonra Avropa çempionu oldu

Voleybol üzrə qadınlardan ibarət İtaliya yığması Avropa çempionatının qalibi olub.

Fanat.Az xəbər verir ki, Davide Mazzantinin çalışdırdığı kollektiv Serbiyanın paytaxtı Belqradda keçirilən final görüşündə ev sahiblərini 3:1 (24:26, 25:22, 25:19, 25:11) hesabı ilə yenib.

Bu, İtaliya millisinin tarixdə üçüncü qitə "qızıl"ı olub. Apenninlilər son dəfə 2009- cu ildə Avropa çempionatında zəfər sevinci yaşamışdılar.

2017 və 2019-cu illərdə yarışın baş mükafatına sahib çıxan balkanlılar isə ardıcıl üçüncü çempionluq şansını qaçırıblar.

Qeyd edək ki, Serbiyadan başqa, Rumıniya, Xorvatiya və Bolqarıstanın ev sahibliyi etdiyi 32-ci Avropa çempionatında Azərbaycan yığması da iştirak edib. A qrupunda yer alan millimiz Belçika, Bosniya və Hersoqovina, Rusiya, Serbiya və Fransa yığmalarına uduzaraq qrupu sonuncu pillədə başa vurub.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər