İstanbulda derbi həyacanı: "Qalatasaray" - "Beşiktaş"

İstanbulda derbi həyacanı: "Qalatasaray" - "Beşiktaş"

Bu gün Türkiyə Super Liqasında növbəti İstanbul derbisi baş tutacaq. Fanat.az xəbər verir ki, "Qalatasaray" əzəli rəqibi "Beşiktaş"ı qəbul edəcək.

Derbidə Türkiyənin üç ən bahalı komandasında ikisi qarşı-qarşıya gələcək. "Transfermarkt"ın hesablamalarına görə, "Qalatasaray" Super Liqanın ən bahalı komandasıdı. Sayt "Cim-Bom"un heyətinə ümumilikdə 149.45 milyon avro qiymət qoyub. Türkiyənin ikinci ən bahalı komandası "Fənərbaxça"dı - 132.9 milyon avro. "Beşiktaş"ın isə dəyəri 101.4 milyon avrodu.

"Qalatasaray" və "Beşiktaş"ın ən bahalı futbolçuları arasında əcnəbilər ön plana çıxır. "Cim-Bom"da Uesli Sneyderin dəyəri 17, "Qara Qartal"da Manuel Fernandesin qiyməti 12 milyon avrodu. Türk oyunlçular arasında "Qalatasaray"dan Burak Yılmaz hamını qabaqlayır - 16 milyon avro. "Beşiktaş"ın isə ən bahalı yerlisi Olcay Şahandı - 5.75 milyon avro. 

Derbidə ilk həyacan

"Qalatasaray" və "Beşiktaş"ın yeni transferləri ilk dəfə derbi həyacanı yaşayacaq. "Cim-Bom"da Aleks Telles, Guillermo Burdisso, İzet Hayroviç, Koray Günter, Lukas Ontivero, Veysel Sarı, Umut Gündoğan, Salih Dursun, Oğuzhan Kayar, həmçinin biriinci dövrədəki matçda oynamayan Aurelien Çedyu ilk dəfə "Beşiktaş"a qarşı oynaya bilər. "Beşiktaş"da isə "Qalatasaray"dan alınan Dani Nounkeu sabiq komandasına qarşı oynamaq imkanı əldə edəcək. Həmçinin yeni transfer Jermaine Jones, biriinci dövrədəki matçda meydana çıxmayan Pedro Franko və Ömer Şişmanoğlu derbi həyacanı yaşayacaq.

Əzəli rəqabətdə qol sevinci yaşayanlar

Derbidən öncə iki komandanın mövcud heyətində daha əvvəl əzəli rəqabətdə qol sevinci yaşamış 9 futbolçu var. Onlardan 7-si "Qalatasaray"ın, 2-si "Beşiktaş"ın üzvüdü.

"Qalatasaray"da Felipe Melo (3), Didye Droqba (2), Hakan Balta, Aydın Yılmaz, Umut Bulut, Selçuk İnan və Emre Çolak, "Beşiktaş"da isə Filip Holosko (4) və Tomas Sivok (2) derbidə qol sevinci yaşayıb. Felipe Melo və Hüqo Almeyda isə derbilərdə avtoqol müəllifi olub.

Biliç "siftə" istəyir

"Beşiktaş"ın baş məşqçisi Slaven Biliç Türkiyədə ilk dəfə derbinin qalibi olmaq istəyir. Xorvat mütəxəssis ilk oyunda "Qalatasaray"a 1:2 hesabı ilə uduzmuşdu. Lakin oyunun son dəqiqələrində azarkeşlər meydana çıxdığından matçın nəticəsi ləğv olunmuş və "Beşiktaş"a texniki məğlubiyyət verilmişdi - 0:3. "Fənərbaxça" ilə Kadıköydəki derbidə isə Biliç 1 xalla təsəlli tapmışdı - 3:3.

Mançininin ilk "Beşiktaş" derbisi

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Türkiyə karyerasında "Beşiktaş"a qarşı ilk matçını keçirəcək. Mövsümün gedişində Fatih Terimin yerinə keçən 49 yaşlı italyan mütəxəssis ilk derbisində "Fənərbaxça"ya uduzmuşdu - 0:2.

İtkilərlə derbiyə... 

Bu gün baş tutacaq oyundan öncə hər iki komandanın heyətində itkilər var. "Qalatasaray"da mövsümü erkən başa vuran Aydın Yılmaz oyunu buraxacaq. "Beşiktaş"da isə qırmızı kart cəzalısı Ersan Adem Gülüm və zədəli Tomas Sivok matçı kənardan izləyəcək.

334-cü derbi

"Qalatasaray" və "Beşiktaş" bu gün 334-cü dəfə üz-üzə gələcək. Əzəli rəqabətin ilk matçı 1924-cü ilin 22 avqustunda "Taksim" stadionunda baş tutub və "Beşiktaş" 2:0 hesablı qələbə qazanıb. İndiyədək keçirilən 333 matçdan 117-də "Qalatasaray", 105-də "Beşiktaş" qəlib gəlib, 111 oyun sülhlə bitib. "Cim-Bom"un 471 qoluna "Qara Qartal" 441 dəfə cavab verib.

Təfərlər Super Liqada 111 dəfə qarşılaşıb. Bu oyunlarda da "Qalatasaray"ın üstünlüyü var - 40 qələbə. "Beşiktaş" 30 oyunda sevinib, 41 qarşılaşmada komandalar hərəyə bir xal qazanıb. Top fərqi - 138:118.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər