İstanbul nəhəngi "Neftçi"nin sabiq forvardına elçi düşdü

İstanbul nəhəngi "Neftçi"nin sabiq forvardına elçi düşdü

"Neftçi" klubunun sabiq futbolçusu Mateus Saldanya karyerasını İstanbul nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.

Xəbərə görə, hazırda Serbiyanın "Partizan" komandasında çıxış edən 24 yaşlı hücumçu ilə "Fənərbağça" maraqlanır. Mənbə "sarı bülbüllər"in Belqrad təmsilçisi ilə danışıqlara başladığını vurğulayıb.

Qeyd edək ki, Saldanya 2023-cü ilin ilk yarısında "Neftçi"də çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər