İsrail klubu "Qəbələ"nin hücumçusundan imtina etdi

İsrail klubu "Qəbələ"nin hücumçusundan imtina etdi
"Qəbələ"nin futbolçusu Ceyms Adeniyinin İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçidi baş tutmayıb.
 
Fanat.Az xəbər verir ki, buna səbəb Kiryat-Şmona təmsilçisinin bu transferdən imtina etməsidir.
 
"Sport5.co.il" saytının yaydığı xəbərə görə,  tərəflər bir müddət öncə keçidlə bağlı razılıq əldə etsələr də, artıq danışıqlar prosesi dayandırılıb. Klub rəhbərliyi koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən qış fasiləsində əcnəbi oyunçu transfer etməməyi qərara alıb.
Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər