İspaniyadan Azərbaycana 6 qol

İspaniyadan Azərbaycana 6 qol
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının mübarizə apardığı Avropa çempionatının seçmə mərhələsinin IV qrupunda II tura start verilib. 
Fanat.Az xəbər verir ki, oyunları Albaniyada keçirilən qrupun ikinci oyun günü İspaniya – Azərbaycan matçı ilə başlayıb. Tiranada keçirilən qarşılaşma pireneylilərin aşkar üstünlüyü ilə keçib. İspaniya yığması millimizin qapısından 6 cavabsız top keçirib.
 
Bu qələbədən sonra pireneylilər 6 xalla qrupun vahid lideri olub. Yığmamız isə 3 xalla 2-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, qrupun digər oyununda meydan sahibləri Ukrayna ilə qarşılaşacaq.
 
Avropa çempionatı (Qızlar)
Seçmə mərhələ
IV qrup, II tur
28 oktyabr
İspaniya - Azərbaycan 6:0
Qol: Torroda, 6. Markes Baena, 31. Equrrola, 41. L.Rodriges, 44. Pikeras Batista, 57; 69.
Tirana. Kamza stadionu.
 

1

İspaniya

2

2

0

0

14-0

6

2

Azərbaycan

2

1

0

1

2-6

3

3

Ukrayna

1

0

0

1

0-2

0

4

Albaniya

1

0

0

1

0-8

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər