İspan məşqçi "Sumqayıt"ı Super Liqa klubuna dəyişdi

İspan məşqçi "Sumqayıt"ı Super Liqa klubuna dəyişdi
2019-cu ilin iyul ayından "Sumqayıt”ın əsas komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edən Eduardo Karo Balada "gənclik şəhəri" təmsilçisindən ayrılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis Türkiyə Super Liqasında çıxış edən Ankaranın "Gənclərbirliyi” təmsilçisində yeni baş məşqçi təyin olunan Mert Nobre ilə çalışacaq.
"Sumqayıt" məşqçiyə komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, yeni klubunda ona uğurlar arzulayıb.
Qeyd edək ki, ötən gün Mert Nobre "Gənclərbirliyi"nin baş məşqçisi təyin edilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər