İslamiada: Azərbaycan millisi növbəti qələbəsini qazandı

İslamiada: Azərbaycan millisi növbəti qələbəsini qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu seçmə Əfqanıstan yığması ilə üz-üzə gəlib.

Voleybolçularımız dördüncü matçında qələbə qazanıb. Belə ki, Azərbaycan millisi rəqibi üzərində inamlı qalibiyyət əldə edib - 3:0 (25:7, 25:5, 25:9). Yığmanın qızıl medal uğrunda həlledici görüşdə rəqibi Türkiyə olacaq.

Azərbaycan millisi daha əvvəl İran və Tacikistan kollektivlərini 3:0 hesabı ilə üstələyib, Türkiyəyə isə eyni hesabla uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər