İraq klubuna keçə bilməyən kamerunlu Azərbaycana qayıdır -SON DURUM

İraq klubuna keçə bilməyən kamerunlu Azərbaycana qayıdır -SON DURUM

Bir müddət öncə İraqın "Al-Karh" komandasına qoşulmaq üçün Azərbaycanın 1-ci Liqa təmsilçisi "Difai"də ayrılan kamerunlu hücumçusu Kristian Kamta geri qayıdacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı forvardın Asiya klubuna keçidi alınmayıb. 

Kamtanın bu gün ölkəmizə gələcəyi və yeni mövsümə "Difai"də başlayacağı gözlənilir.

Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. Komanda bu yay ötən mövsüm "Kəpəz"də baş məşqçinin köməkçisi qismində çalışmış Araz Bağırova tapşırılsa da, rəhbərlik çempionat başlamamış onunla yolları ayırıb. Hazırda "fədailər"i Hüseynqulu Quliyev çalışdırır.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər