İqor Kostyuk "Qarabağ"a məğlubiyyətdən sonra belə danışdı

İqor Kostyuk "Qarabağ"a məğlubiyyətdən sonra belə danışdı

Azərbaycanın gümüş medalçısı "Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda Kiyev "Dinamo"sunu qəbul edib. Komandamız geridönüş edərək növbəti mərhələyə yüksəlib (2:0).

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi İqor Kostyuk jurnalistlərin suallarını cavablandırıb:

- “Qarabağ” ilk oyundan fərqli olaraq nəyi dəyişdi ki, məğlub oldunuz?

“Qarabağ” bütün imkanlardan istifadə etdi və bu növbəti oyuna təsir göstərdi.

- Braşkonun kobud səhvin necə qiymətləndirirsiniz?

"İkinci hissədə yaxşı oynadıq. Lakin ola bilsin ki, bəxt yanımızda olmadı və istifadə edə bilmədik."

-Ukrayna mediasında gələcək taleyi barədə xəbərlər yayılıb komandadan qovulması gözlənilir nə deyə bilərsiniz?

"Bu heç bir reallığı əks etdirmir."

-“Qarabağ”a qarşı hava toplarından istifadə edirdiniz bu nədən irəli gəlirdi?

"Komanda ilk dəqiqələrdə aqressiv oynayırdı biz isə topu özümüzdə saxlamağa çalışırdıq. Əlimizdən gələni edirdik ki, top əlimizdə qalsın."

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər