İPL: Derbini MY qazandı, "Liverpul" yenə uduzdu

İPL: Derbini MY qazandı, "Liverpul" yenə uduzdu
İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, bu günü daha dörd görüş reallaşıb.
 
Son turda "Çelsi”yə uduzan və 7-ci pilləyə düşən "Liverpul”un budəfəki rəqibi "Fulhem” olub. "Qırmızılar” öz meydanında autsayderə boyun əyib.
 
Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Lider "Mançester Siti” ən yaxın izləyicisi "Mançester Yunayted”i qəbul edib. Bu görüşdə də qonaqlar qələbəyə sevinən tərəf olub.
 
"Tottenhem” isə evdə "Kristal Pelas”ı böyük hesabla yenib.
 
İngiltərə Premyer Liqası
27-ci tur
6 mart
 
Börnli – Arsenal 1:1
Qollar: Vud, 39 – Obameyanq, 6.
 
Şeffild Yunayted – Sauthempton 0:2
Qollar: Uord-Prouz, 32-pen. Adams, 49.
 
Aston Villa – Vulverhempton 0:0
 
Brayton – Lester 1:2
Qollar: Lallana, 10 – İheanaço, 62. Amartey, 87.
 
7 mart
 
Vest Bromviç – Nyukasl 0:0
 
Liverpul – Fulhem 0:1
Qol: Lemina, 45.
 
Mançester Siti – Mançester Yunayted 0:2
Qollar: B.Fernandeş, 2-pen. Şou, 50.
 
Tottenhem – Kristal Pelas 4:1
Qollar: Beyl, 25; 49. Keyn, 52; 76 – Benteke, 45+1.
 
8 mart
 
22:00 Çelsi – Everton
00:00 Vest Hem – Lids
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər