İnzagi "İnter"i çalışdırmaq üçün postundan getdi

İnzagi "İnter"i çalışdırmaq üçün postundan getdi
"Latsio” klubu baş məşqçisi Simone İnzagi ilə yolları ayırıb. 
Fanat.Az xəbər verir ki, 45 yaşlı çalışdırıcı postundan özü gedib.
 
Sözügedən mütəxəssis son mövsümdə 6-cı olan Roma təmsilçisindən 6 il sonra ayrılıb. O, 2015-ci ildən bəri rəhbərlik etdiyi "Latsio”ya 2 dəfə İtaliya super kubokunu, 1 dəfə isə İtaliya Kubokunu qazandırıb. Paytaxt təmsilçisi onun rəhbərliyi altında 251 matça çıxıb, 134 qələbə qazanıb, 45 heç-heçə edib, 72 yenilgi alıb.
 
İnzaginin "İnter”lə anlaşdığı iddia olunur. İtaliya mətbuatında yazılanlara inanasaq, tərəflər artıq müqavilənin detallarını da razılaşdırıb. Çempion "İnter”in təyinatı tezliklə açıqlayacağı bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər