İtaliyanın "İnter" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Milan təmsilçisi Simone İnzagiyə tapşırılıb. 45 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
O, bu postda mayın 26-da istefaya göndərilmiş Antonio Konteni əvəzləyib. Konte "İnter"i 11 ildən sonra çempion etdikdən sonra komandadan ayrılıb.
Qeyd edək ki, Simone İnzagi mayın 27-də "Latsio"dan ayrılıb.