Milan "İnter"inin 26 yaşlı yarımmüdafiəçisi Stefano Sensinin evi qarət olunub.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, oğrular cinayət əməlini milanlılar A Seriyasının 19-cu turu çərçivəsində "Torino" ilə oynadığı zaman (1:0) həyata keçirib.
Evə mətbəxin pəncərəsindən girən soyğunçular ümumi dəyəri 70 000 avro olan qol saatlarını və digər qızıl-zinət əşyalarını aparıblar. Futbolçuya dəymiş zərər 200 000 avro olub.
Nihat