“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, hücumçu İshak Belfodil bundan sonra Azərbaycan komandasının uğurları üçün çalışacaq. Əlcəzairli futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Belfodil karyerası ərzində Fransanın “Lion” (2009-2011), İtaliyanın “Bolonya” (2011/2012), “Parma” (2012/2013, 2014/2015), “İnter” (2013), “Livorno” (2014), BƏƏ-nin “Bani Yas” (2015/2016), Belçikanın “Standard” (2016-2017), Almaniyanın “Verder” (2017/2018), “Hoffenhaym” (2018-2021), “Herta” (2021/2022) və Qətərin “Al-Qarafa” (2022/2023) klublarında çıxış edib. İshak Əlcəzair millisində 19 oyun keçirib, 2 qola imza atıb.

Yeni transfer “Sabah”da 14 nömrəli formada çıxış edəcək.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər