İtaliyanın "İnter" klubunun futbolçusu Çezare Kazadey karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
19 yaşlı yarımmüdafiəçinin "Çelsi" ilə anlaşdığı, "zadəganlar"ın bu keçidə görə Milan təmsilçisinə 15 milyon avro ödəyəcəyi bildirilib.
Qeyd edək ki, "İnter"in yetirməsi olan Kazadey İtaliyanın aşağı yaş qruplarından ibarət milli komandalarında da çıxış edib.
Nihat