İtaliyanın "İnter" klubu ürəyində defibrilyator olan futbolçusu Kristian Eriksenlə vidalaşmaq fikrindədir.
Fanat.Az xəbər verir ki, A Seriyasında təhlükəsizlik baxımından defibrilyator və ya orqanizmə birləşdirilmiş digər cihazla oynamağa icazə verilmir.
"La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, "İnter" danimarkalı yarımmüdafiəçini dəstəkləyir və ona sərfəli təklif gələcəyi təqdirdə Erikseni komandada saxlamayacaq.
"İnter" tərəfi Eriksenlə müqaviləni ləğv etməyə hazırdır. Ki, futbolçu azad agent olaraq cihazla oynamağa icazə verilən çempionatlardan birində özündə komanda tapsın.
Xatırladaq ki, Eriksenin AVRO 2020-nin qrup oyunları çərçivəsində keçirilən "Finlandiya - Danimarka" matçı zamanı meydanda ürəyi dayanıb. Həkimlərin müdaxiləsi nəticəsində həyatı xilas edilən danimarkalı futbolçunun ürəyinə defibrilyator yerləşdirilib.
Emin