İcarə əsasında "Sevilya"nın formasını geyinən Antoni Marsyal mövsümün sonunda "İnter"ə keçə bilər.
Fanat.Az xəbər verir ki, transfer hüquqları "Mançester Yunayted"ə məxsus olan hücumçu milanlıların əsas transfer hədəfidir.
"La Gazzetta dello Sport" Marsyalın İtaliya klubuna satılmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Daha öncə Aleksis Sançes və Lautaro Martinesin "İnter"dən ayrılacağı ilə bağlı informasiyalar yayılıb.
Qeyd edək ki, hazırda zədəli olan Marsyalın Əndəlüs klubunun bir neçə oyununu buraxacağı dəqiqləşib.