"İnter" Aleksis Sançeslə bağlı qərarını verdi

"İnter" Aleksis Sançeslə bağlı qərarını verdi
"Mançester Yunayted" Avropa Liqası bitənə kimi Aleksis Sançesin oynamasına icazə verməyəcək. Klubların finalda qarşılaşmaq ehtimalı səbəbindən MY bu yöndə addım atacaq.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" avrokuboklarda mövsüm bitdikdən sonra Sançesi satmağı planlaşdırır. "İnter" 31 yaşlı futbolçunun transfer haqlarını ələ keçirməyə hazırdı. Sançes maaşında endirim etməyə razılıq verib.
Çilili vinqer "Yunayted"də həftəsinə 400 min funt qazanır. Sançesin "mankunyanlar"la müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər