Milan "İnter"i çilili hücumçusu Aleksis Sançesi heyətdə saxlamaq istəmir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Nikolo Skira sosial şəbəkə hesabı üzərindən yayıb.
Xəbərə görə, İtaliya klubu cənubi amerikalı vingerin müqaviləsinin vaxtından əvvəl pozulmasında maraqlıdır. Mənbə milanlıların Sançesə 5 milyon avro ödəyərək ondan qurtulmaq niyyətində olduğunu açıqlayıb. Tərəflərin bu yöndə danışıqları davam etdirdiyi vurğulanıb.
Qeyd edək ki, Aleksis Sançesin xidmətində Fransanın "Olimpik Marsel" klubu maraqlıdır.
Nihat