"İnter"in baş məşqçisi Antonio Konte Çinin "Tszyansu Sunin" klubunun forvardı Ederi sərəncamında görmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Martsio öz saytı vasitəsi ilə yayıb.
Aleksis Sançesi "Roma"nın hücumçusu Edin Ceko ilə dəyişmək istəyən Milan təmsilçisi bu planı uğurla həyata keçirə biləcəyi halda, Ederin transferini reallaşdıracaq.
Qeyd edək ki, 34 yaşlı Eder Çin klubuna 2016-2018 aralığında şərəfini qoruduğu "İnter"dən gedib. O, "Tszyansu Sunin" formasıyla çıxdığı 54 Superliqa matçında 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az