Avropanın 5 böyük milli çempionatından biri olan İtaliya A Seriyasında mövsümlük bilet satışında "İnter" hamını qabaqlayıb.
Fanat.Az xəbər verir ki, Milan klubu 27 iyuladək 37 min mövsümlük bilet satıb. Ötən mövsümə nisbətən 20 faiz artıma nail olan "İnter" 2010/11 mövsümündən snrakı ən yaxşı rəqəmə yüksəlib. 2009/10 mövsündə Çempionlar Liqasını qazanan komanda övbəti mövsüm 40612 bilet satmışdı.
Bu mövsüm Çempionlar Liqasında çıxış edəcək komandanın artıq A Seriyasının ilk turunun oyununa olan biletləri satılıb qurtarıb.
Kriştiano Ronaldonu tərk edərək diqqətləri üzərinə çəkən "Yuventus" isə stadionun 70 faizini kombine kartlar (mövsümlük bilet) üçün ayırıb. Turin klubu 27 iyuladək 29 min bilet sataraq "İnter"dən geri qalıb.
Siyahıda üçüncü pilləni "Roma" tutur - 21 min. 4-cü yerdəki "Cenoa" isə 17 min bilet sata bilib.
Fanat.Az