İtaliyanın "İnter" klubu "Real"ın iki ulduzuna elçi düşüb.
Fanat.Az "Corriere Dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi Luka Modriç və Toni Kroosu heyətinə qatmaq istəyir.
İddia olunur ki, "İnter"in prezidenti Beppe Marotta həm A Seriyası, həm də Çempionlar Liqası üçün güclü heyət qurmağı planlaşdırır. Bu yolda ilk addım Toni Kroos və Luka Modriçi heyətə qatmaq ola bilər.
"İnter"in transfer siyahısında həmçinin "Lion"dan Tanquy Ndombele, "Breşiya"dan Sandro Tonali, "Kalyari"dən Nikolo Barella və "Atletiko"dan Dieqo Qodin də yer alıb.
Fanat.Az