"İnter"in müdafiəçisi Milan Şkrinyar cari transfer pəncərəsində başqa kluba keçməyəcək.
Fanat.Az "Sky İtalia"ya istinadən xəbər verir ki, məlumatı Milan klubunun baş direktor Cüzeppe Marotta təsdiqləyib:
“Milan Şkrinyar klubdan getməyəcək, o, bizimlə qalacaq. Rəhbərlik PSJ-nin təklifini qəbul etməyəcək. Onun “İnter” üçün əsas oyunçu olduğunu təsdiq edə bilərəm".
Emin