"İnter" Portuqaliya millisinin üzvünü satdı

"İnter" Portuqaliya millisinin üzvünü satdı
Milan "İnter"i "Sportinq”də icarə əsasında çıxış edən Joau Mariunun transfer hüquqlarını sözügedən Portuqaliya təmsilçisinə satıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə Lissabon klubunun mətbuat xidməti məlumat yayıb. Mariu ilə razılaşmanın detalları açıqlanmayıb.
 
"Sportinq” 2020-ci ilin oktyabrında onu "İnter"dən icarəyə götürmüşdü. Portuqaliya mətbuatının xəbərinə görə, lissabonlular 29 yaşlı yarımmüdafiəçi üçün "neradzurra”ya 8 milyon avro ödəyəcək.
 
Mariu Portuqaliya milli komandasının da üzvüdür.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər