"İnter" yarımmüdafiəçisi İvan Perişiç ilə müqaviləni yeniləyəcək.
Fanat.Az xəbər verir ki, klub artıq futbolçunu yeni sözləşməyə razı salıb.
Bu barədə futbol insayderi Nikolo Skira "Twitter" səhifəsində məlumat yayıb.
O bildirib ki, müqavilənin müddəti 2024-cü ilə qədər uzadılacaq.
33 yaşlı xorvatiyalı futbolçu bir mövsümə 4,5 milyon avro məvacib qazanacaq. Sözləşmə gələn ay rəsmiləşəcək.
Qeyd edək ki, Perişiç 2015-ci ildən "İnter"in üzvüdür. 2019-2020-ci illər mövsümündə isə icarə əsasında "Bayern Münhen"də çıxış edib.