"İnter" müdafiəçisi ilə bağlı qərarını verdi

"İnter" müdafiəçisi ilə bağlı qərarını verdi

İtaliyanın "İnter" klubu niderlandlı müdafiəçisi Stefan de Vreylə bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Corriere dello Sport" yayıb.

Mənbə Milan təmsilçisinin müqaviləsinin müddəti gələn il başa çatacaq de Vrey ilə anlaşma yeniləyəcəyini açıqlayıb. Xəbərə görə, yeni müqavilənin şərtləri yay transfer pəncərəsi bağlanandan sonra müzakirə olunacaq.

Daha öncə sözügedən futbolçu ilə "Çelsi"nin maraqlandığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, 30 yaşlı de Vrey 2018-ci ildən "İnter"in uğurları üçün çalışır. 2021/2022 mövsümündə qara-göy forma ilə 41 matça çıxan müdafoəçi 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər