Milan "İnter"i rəsmi saytında Matteo Darmianın transfer edildiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Parma"dan icarəyə götürülüb. "Qara-göylər" futbolçunu icarə müqaviləsi başa çatandan sonra almaq hüququna malikdi.
Darmian "Parma"ya 2019-cu ilin yayında "Mançester Yunayted"dən transfer olunmuşdu. 2014-cü ildən İtaliya millisinə dəvət alan arxa xətt oyunçusunun keçidi 1,5 milyon avro qarşılığında reallaşmışdı.
Fanat.Az