"İnter" milli üzvünü heyətinə qatır

"İnter" milli üzvünü heyətinə qatır

"Sassuolo"nun hücumçusu Canluka Skamakka yayda iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "FC Inter News" yayıb.

Mənbə 23 yaşlı futbolçunun Milan "İnter"inə keçmək perspektivinin yüksək olduğunu bildirib. Bundan başqa, London "Arsenal"ının da sözügedən forvardla maraqlandığı vurğulanıb.

2017-ci ildən "Sassuolo"da çıxış edən Skamakkanın klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ilin 30 iyun tarixində başa çatacaq. Bu mövsüm A Seriyasında 28 oyuna 13 qol vuran hücumçu ötən ildən İtaliya millisinə dəvət alır. O, ölkəsinin yığmasında 3 matça çıxsa da, fərqlənə bilməyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər